Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər
Bakı Slavyan Universitetində (BSU) "İbtidai sinif müəllimliyi" və "Xarici dil müəllimliyi" ixtisaslarına qəbul olan oğlan tələbələr üçün xüsusi təqaüd proqramı nəzərdə tutulub.
BSU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata əsasən, qeyd olunan ixtisaslara qəbul olan və qəbul imtahanında 450-dən yuxarı bal toplayan oğlan tələbələr bu təqaüd proqramından yararlana biləcəklər.




