Bu il Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildi çap olunacaq
Cari ilin sonunda Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinin çapı nəzərdə tutulub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev deyib.
O qeyd edib ki, bununla əlaqədar cari ilin fevralında tender elan ediləcək.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi (“Hindistanda xalq üsyanı” - “İqdam”) nəşr olunub.



