Bu il şəhərsalma və memarlıq üzrə elmi-tədqiqatlar dəstəklənəcək

30 Yanvar, 2026 - 16:47
Bu il şəhərsalma və memarlıq üzrə elmi-tədqiqatlar dəstəklənəcək

Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında bildirilib.

Plana əsasən, müvafiq sahədə elmi-tədqiqatlar və innovativ yanaşmalar dəstəklənəcək.