Bu ilin sonunda 4 peşə təhsili müəssisəsi akkreditasiya hesabatını təqdim edəcək
Bu ilin sonuna kimi 4 peşə təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi prosesi baş tutacaq.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, Akkreditasiya Şurası tərəfindən veriləcək yekun qərar ictimaiyyətə açıqlanacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirilib ki, bu il Cəlilabad, Qəbələ və İsmayıllı dövlət peşə təhsil mərkəzləri, həmçinin Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi akkreditasiyadan keçiriləcək. Hesabatların dekabrda verilməsi nəzərdə tutulur.


