Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib
Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin XI sinif şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, 18 nəfər 200 - 250, 63 nəfər 250 - 280, 53 nəfər isə 280 - 300 arası bal toplayıb.
Lisey üzrə ən yüksək nəticə 298 bal olub.



