Bu məktəblərdə I sinfə sərbəst qəbul olacaq - SİYAHI

28 İyul, 2026 - 09:55
Bu məktəblərdə I sinfə sərbəst qəbul olacaq

29 iyul 2026-cı il saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

1. Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi
2. Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey
3. Bakı şəhəri “Zəngi” liseyi
4. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi
5. Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi