Bu STEAM mərkəzlərində vakansiya elan edilir

17 Sentyabr, 2026 - 16:43
Bu STEAM mərkəzlərində vakansiya elan edilir
Şuşa, Şirvan və Sabirabad STEAM Mərkəzlərində təlimçi vəzifəsi üzrə vakansiyalar elan olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, vakansiya haqqında məlumatlar aşağıdakılardır.
Təlimçinin əsas vəzifələri:
• Şagirdlərin layihələrinin ekspertizası və qiymətləndirilməsi;
• STEAM Mərkəzində təlimlərin keçirilməsi və maddi-texniki bazadan səmərəli istifadə olunmasının təmin edilməsi;
• Region məktəblərinin şagirdləri üçün STEAM Mərkəzində ekskursiya və tanışlıq proqramlarının keçirilməsi;
• Şagirdlərin müxtəlif yarış və müsabiqələrə hazırlanması və iştirakının təmin edilməsi;
• Təlim prosesinin keyfiyyətli və effektiv şəkildə həyata keçirilməsi;
• Təlimlər zamanı müasir, interaktiv metodlardan, əlavə material və resurslardan istifadə edilməsi;
 
Namizədlərə tələblər:
• Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
• analitik düşünmə və problem həlletmə bacarıqları;
• əməkdaşlıq və effektiv kommunikasiya bacarıqları;
• çevik iş mühitinə və dəyişən proseslərə uyğunlaşma bacarığı;
• uşaqlarla işləməyə həvəsli, öyrətməyə və davamlı öyrənməyə açıq olmaq;
• STEAM və ya əlaqəli sahədə iş təcrübəsi üstünlükdür.
Son müraciət tarixi: 25 sentyabr 2026-cı il
Müraciət etmək istəyən namizədlər CV-lərini cv@steam.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
CV-nin mövzu hissəsində STEAM Mərkəzinin və müraciət edilən vəzifənin adı qeyd edilməlidir.
Nümunə:
Şuşa STEAM Mərkəzi - Təlimçi
Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsində müəyyən ediləcək.