Bu universitet müəllim vakansiyası elan edir

18 İyun, 2026 - 11:38
Bu universitet müəllim vakansiyası elan edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə yüksək ixtisaslı və peşəkar kadrların tədris və elmi fəaliyyətə cəlb olunması məqsədilə 2026–2027-ci tədris ili üçün kafedralar üzrə vakant tam ştat, yarım ştat və saathesabı qaydada məşğulluq forması ilə professor-müəllim vəzifələrinə müddətli əmək müqaviləsi əsasında müsabiqə elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin fakültə və kafedralarında mövcud olan vakant professor-müəllim vəzifələri üzrə aşağıdakı cədvələ uyğun olaraq ümumilikdə 267,5 ştat vahidi üçün işə qəbul aparılacaq.

Müvafiq ixtisas üzrə minimum magistr təhsilinə malik olmaq (uyğun elmi ad və elmi dərəcənin olması üstünlükdür);
Minimum 1 il pedaqoji iş təcrübəsinə və ya minimum 2 il müvafiq sənaye/istehsalat təcrübəsinə malik olmaq;
Müasir tədris metodlarından, rəqəmsal təhsil platformalarından və tədris texnologiyalarından istifadə bacarığına malik olmaq;
Tədrisin aparılacağı fənnlərə uyğun olaraq Azərbaycan, rus və ingilis dilini akademik səviyyədə bilmək;
Fənn proqramı (sillabus), tədris materialları və qiymətləndirmə vasitələrinin hazırlanması bacarığına malik olmaq;
Tələbələrlə effektiv ünsiyyət, təqdimat və auditoriyanın idarə edilməsi bacarıqlarına malik olmaq;
Akademik etik davranış qaydalarına və universitetin korporativ dəyərlərinə sadiq olmaq.

Müraciət qaydası:

Tələbləri ödəyən bütün namizədlər müraciət edə bilərlər.

Maraqlanan şəxslər link vasitəsilə elektron qeydiyyatdan keçərək tələb olunan bütün məlumatları tam şəkildə doldurmaqla müraciət edə bilərlər.

Son müraciət tarixi: 28.06.2026

Qeyd: Müsabiqə zamanı elmi dərəcəyə və ya elmi ada malik olan, elmi-tədqiqat fəaliyyəti ilə seçilən, beynəlxalq elmi bazalarda indekslənən nəşrlərin müəllifi olan, habelə müvafiq sahə üzrə peşəkar və istehsalat təcrübəsinə malik namizədlərin göstəriciləri əlavə üstünlük kimi nəzərə alınacaq.