Bu universitetdə 107 fənn üzrə müəllim vakansiyası ELAN EDİLİB

16 Yanvar, 2026 - 11:46
Bu universitetdə 107 fənn üzrə müəllim vakansiyası

SABAH-AZİU 107 fənn üçün vakansiya elan edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) məlumat yayıb. 

Vəzifə öhdəlikləri:

– Bakalavriat və magistratura səviyyəsində keyfiyyətli tədrisin aparılması;
– Tədris edilən fənn üzrə sillabusun hazırlanması və təsdiq edilmiş tədris planına uyğun icrası;
– Tələbə bilik və bacarıqlarının vaxtında, obyektiv və şəffaf qiymətləndirilməsi;
– Tədris işinin təşkili metodikası və onun təkmilləşdirilməsi ilə bağlı keçirilən təlimlərdə iştirak və müvafiq tələblərə riayət edilməsi;
– ADNSU-nun daxili intizam, akademik və sənədləşmə qaydalarına riayət edilməsi;
– Həmkarlar və tələbələrlə münasibətlərdə etik davranış qaydalarına əməl olunması;

Müsabiqədə iştirak üçün tələblər:

Bakalavriat səviyyəsi üzrə

– Ən azı magistr dərəcəsinə malik olması
– Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması
– Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə kifayət qədər bilik və müasir elmi ədəbiyyatla tanışlıq
– İngilis dili üzrə minimum B2 səviyyəsində bilik
– Tədrisdə İKT alətlərindən istifadə bacarığı
– İnnovativ tədris metodları və müasir pedaqoji yanaşmalardan istifadə bacarığı
– Mövzunu səlis təqdimetmə və fikrini aydın ifadə etmə bacarığı
– Dinamik, təşəbbüskar və məsuliyyətli olması

Magistratura səviyyəsi üzrə

– Fəlsəfə doktoru (PhD) dərəcəsi və ya sənayedən cəlb edildiyi halda ən azı magistr dərəcəsi
– Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması
– Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə dərin bilik və müasir elmi ədəbiyyatla tanışlıq
– İngilis dili üzrə minimum B2 səviyyəsində bilik
– Tədrisdə İKT alətlərindən istifadə bacarığı
– İnnovativ tədris metodlarını və müasir pedaqoji yanaşmaları tətbiq etmək bacarığı
– Mövzunu səlis təqdimetmə və fikrini aydın ifadə etmə bacarığı
– İxtisas sahəsinə uyğun elmi-pedaqoji fəaliyyət və ya müvafiq sahə üzrə sənaye, istehsalat və ya konsaltinq təcrübəsi (minimum 5 il)
– Son 5 il ərzində SCOPUS indeksli jurnallarda ən azı 2 elmi məqaləsinin olması
– Elmi-tədqiqat layihələrində, qrant proqramlarında və sənaye yönümlü tədqiqatlarda iştirak təcrübəsi
– Dinamik və təşəbbüskar olması


Əlavə şərtlər və qeydlər

– İngilis dili fənni üzrə tədris aparan namizədlər üçün IELTS, TKT, TESOL, CELTA, DELTA və s. beynəlxalq kvalifikasiya sertifikatlarının olması üstünlük hesab olunur. 
– ADNSU-da tədrisin aparılması namizədin əsas iş yeri ilə razılaşdırılmalıdır və bu öhdəlik müraciət edən şəxsin üzərinə düşür
Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər.
– Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən kənar müraciət edən müəllimlər üçün hər bir akademik saata uyğun əməkhaqqı 50 AZN məbləğində nəzərdə tutulur.
– Vakant fənlərin siyahısını “Fənlər” bölməsinə klikləməklə fayl şəklində yükləmək mümkündür.
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə qeydiyyat bitdikdən sonra anketdə göstərilən elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq

Müsahibə mərhələsi aşağıdakı meyarlar üzrə aparılacaq:
– Sahə üzrə bilik və bacarıqlar
– SABAH-AZİU qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları
– Təqdimat və tədqiqat bacarıqları
– Seçim yalnız 2025/2026-cı tədris ilinin yaz semestrində müvafiq fənnin tədrisi üçün nəzərdə tutulur.


Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:

Müraciət formu


QEYD:

Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi, eləcə də xaricdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.