Buraxılış imtahanında 3 nəfər maksimum nəticə göstərib

17 Aprel, 2026 - 17:23
Buraxılış imtahanında 3 nəfər maksimum nəticə göstərib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin şagirdi Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) şagirdi Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan şagirdi Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin şagirdləri 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.