Buraxılış imtahanının doğru cavab etalonları AÇIQLANDI
2026-cı il aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Qeyd edək ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.



