Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?
2025/2026-cı tədris ili üzrə keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı bu ay ərzində açıqlanacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi özünün rəsmi sosial media hesabında paylaşım edib.
Buraxılış və qəbul imtahanlarının keçirilmə tarixi, eləcə də imtahan təqvimi ilə bağlı məlumat bu ay ərzində ictimaiyyətə təqdim olunacaq.



