Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq

24 Yanvar, 2025 - 14:39
Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq
Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq

Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisinə start veriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, stansiyanın texniki-iqtisadi əsaslandırması artıq hazırlanıb və layihə ilə bağlı müqavilə öhdəlikləri imzalanıb. Layihə üzrə yekun maliyyə qərarının (FID) cari il ərzində qəbul ediləcəyi gözlənilir.

“Tikinti sahəsində mina təmizləmə prosesi tamamlanıb. Sertifikasiya prosedurları başa çatdıqdan və müqavilələr imzalandıqdan sonra lazımi avadanlıqlar seçiləcək. Bunun ardınca isə dəqiq müddət müəyyən olunacaq”, - deyə B. Aslanbəyli vurğulayıb.

Qeyd edək ki, Cəbrayılda inşa ediləcək, 240 meqavat gücündə planlaşdırılan “Şəfəq” Günəş Elektrik Stansiyası, Səngəçal terminalının elektrikləşdirilməsi ilə yaşıl enerji və karbohidrogenlərin vəhdətinin nümunəsi kimi mühüm əhəmiyyət daşıyacaq.

Layihə COP çərçivəsində həyata keçirilir.