Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində festival keçirilib - Fotolar

31 Oktyabr, 2024 - 14:01

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Aqrar Biznes Festivalı” keçirilib.

Mərkəzdən "Azərbaycan müəllimi"nə bildirilib ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə keçirilib.

Tədbirdə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qalib Xudaverdiyev, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev  çıxış edib.

Festivalda nümayiş olunan Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə məxsus müasir kənd təsərrüfatı texnikaları və tələbələrin əl işlərindən ibarət sərgi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.