Cəlilabad Peşə Təhsil Mərkəzində "Məzun günü" keçirilib

30 İyun, 2026 - 14:51
Cəlilabad Peşə Təhsil Mərkəzində "Məzun günü" keçirilib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə təntənəli "Məzun günü" keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, pedaqoji heyət, valideynlər və məzunlar iştirak ediblər. Mərasim Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər regionda peşə təhsilinin inkişafı, dövlətin bu sahəyə göstərdiyi diqqət və gənclərin məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Hazırda mərkəzdə 31 ixtisas üzrə 57 tədris qrupu fəaliyyət göstərir: 17 qrup yüksək texniki peşə, 40 qrup isə texniki peşə təhsili istiqamətinə aiddir.

Ümumilikdə 842 tələbə təhsil alır. Onlardan 817 nəfər dövlət sifarişi, 25 nəfər isə ödənişli əsaslarla təhsil alır.

2025–2026-cı tədris ilində təhsilini uğurla başa vuran 389 tələbə məzun olub.

Mərasim çərçivəsində təhsildə və istehsalat təcrübəsində yüksək nəticələr göstərən məzunlara diplom və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə qəbul planına əsasən mərkəzə 452 tələbə qəbul olunub və ümumi qəbul planı 84% icra edilib.