Ceyhun Hüseynov: “YAY FEST  gənclərin gələcəyə yönəlmiş ideyalarını bölüşmələri üçün mühüm platformadır”

4 Avqust, 2026 - 14:41
Ceyhun Hüseynov: “YAY FEST  gənclərin gələcəyə yönəlmiş ideyalarını bölüşmələri üçün mühüm platformadır”

“Festival gənclərin yeni bilik və bacarıqlar əldə etməsi, müxtəlif sahələr üzrə dünya təcrübəsi ilə tanış olması və gələcəyə yönəlmiş ideyalarını bölüşmələri  üçün mühüm platformadır”

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “YAY FEST 2026”-nın “Müasir şəhərlər və texnologiya” düşərgəsinin ilk günündə çıxışı zamanı Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov söyləyib. 

O bildirib ki, bu günlər ərzində keçiriləcək müzakirələrin əsas istiqamətlərindən biri şəhərsalma və yüksək texnologiyalar olacaq:

“Müasir şəhərlərin inkişafında innovativ yanaşmaların, rəqəmsal həllərin və gənclərin fəal iştirakının xüsusi əhəmiyyəti var.İstəyimiz budur ki, siz burada qabaqcıl təcrübələri öyrənəsiniz, yeni əlaqələr qurasınız və qazandığınız bilikləri gələcək təşəbbüslərinizdə tətbiq edəsiniz”.
Ceyhun Hüseynov çıxışının sonunda gəncləri festivalın imkanlarından fəal yararlanmağa və müzakirələrdə təşəbbüskar olmağa çağırıb.