Daxili Qoşunların Hərbi İnstitutuna qəbul ELAN EDİLİR
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu 2026-2027-ci tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına kursant qəbulu elan edir.
DİN-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Sınaq və müvafiq yoxlamalardan uğurla keçən namizədlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar test üsulu ilə 3-cü ixtisas qrupuna aid fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.
Kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır, müddət 4 ildir.
Məzunlara diplom və “leytenant” hərbi rütbəsi verilir. Onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
İnstituta sənədlər 2026-cı il martın 1-dən aprelin 20-dək, iş günləri saat 10-dan 17-dək Daxili Qoşunların Baş İdarəsində qəbul olunur.
Əlavə məlumatları Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarının rəsmi internet səhifələrindən, eləcə də (012) 560-27-00, (012) 513-23-06, (012) 590-65-38 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.



