Digər dillərdə təhsil alan VII siniflər “Azərbaycan tarixi”ni Azərbaycan dilində keçəcəklər
2026–2027-ci tədris ilindən etibarən tədrisi digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin VII siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaq.
Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.
Nazirlikdən, həmçinin qeyd olunub ki, hazırda hər hansı dərsliyin yaxın illərdə tədris vəsaitləri sırasından çıxarılması ilə bağlı qərar qəbul edilməyib.




