DİM-də işləmək istəyənlərin NƏZƏRİNƏ!

23 Fevral, 2026 - 10:08
DİM-də işləmək istəyənlərin

Dövlət İmtahan Mərkəzi (DİM) Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektoru məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, namizədlər üçün aşağıdakı tələblər qoyulub:

Əmək funksiyaları

Psixometrik alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak etmək;
e-psixoloq.az internet səhifəsinin inkişafı üçün təkliflərin irəli sürülməsi;
e-psixoloq.az internet səhifəsi və ona aid sosial şəbəkələrə materialların yerləşdirilməsi və müraciətlərin cavablandırılması;
Psixologiya sahəsinə dair elmi və maarifləndirici materialların hazırlanması;
Təlim, treninq və seminar proqramlarının hazırlanması;
Regionlarda keçirilən təlimlərlə əlaqədar ezamiyyətlərə getmək;
Psixoloji konsultasiya, təlim, treninq, diaqnostika və seminarların keçirilməsi;
Statistik təhlilin aparılması və nəticələrin psixometrik interpretasiyası;
Sektorun digər struktur bölmələr ilə qarşılıqlı fəaliyyətində iştirak;
Təşkilat daxili digər struktur bölmələrə müvafiq sahə üzrə dəstəyin göstərilməsi;
Rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;
Müntəzəm fəaliyyət hesabatlarının hazırlanması;
Beynəlxalq və ölkədaxili tədbirlərdə, layihələrdə iştirak;
DİM-in keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar

Psixologiya üzrə ali təhsil;
Sahə üzrə ən azı 1 il iş stajı;
MS Office, Google Drive, Google Docs, Google Forms, Jira software və SPSS və ya Jamovi kimi statistik təhlil proqramları ilə işləmə bacarığı;
Akademik mənbələrlə (Scopus, E-library, Web of Science və s.) işləmə bacarığı;
Azərbaycan dili - səlis; Ingilis dili və/və ya Rus dili – ən azı B1;
Analitik düşünmə, planlaşdırma, yaradıcılıq, çeviklik, stresə davamlılıq, effektiv kommunikasiya, komanda və fərdi şəkildə işləmə bacarığı.

Müraciət qaydası

https://portal.dim.gov.az/HR/ linkinə keçid edilməlidir.
Müvafiq vakansiya adını (psixoloq-məsləhətçi) seçərək müraciət forması doldurulmalıdır.
Müraciət 6 mart 2026-cı il tarixinədək göndərilməlidir.