Doktorantura üzrə xarici dil fənnindən imtahan verənlərin NƏZƏRİNƏ!

16 İyun, 2026 - 17:13
Doktorantura üzrə xarici dil fənnindən imtahan verənlərin

Məlum olduğu kimi, danışıq bloku üzrə imtahan 17-19 iyun 2026-cı il tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçirilir. 

DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.