Dövlət bağçalarında kamera nəzarəti olacaq? - AÇIQLAMA

23 İyul, 2026 - 16:15
Dövlət bağçalarında kamera nəzarəti olacaq?

"Məktəbəqədər təhsilin əhatəliliyi ilə bağlı problemləri tam həll edib bitirdikdən və bütün uşaqların məktəbəqədər təhsillə çıxışı olduğuna tam əmin olandan sonra ola bilsin ki, gələcəkdə dövlət bağçalarında da kamera nəzarəti olsun".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsil TV-nin efirində yayımlanan "Təhsil saatı" verilişində deyib.

O bildirib ki, uşaqların sosiallaşdığı zaman bir-biri ilə kiçik münaqişələr yaşaması normaldır: "Mən kamera nəzarətinin əleyhdarlarından biriyəm. Çünki tərbiyəçi-müəllimlərə iş zamanı valideynlərdən dayanmadan zəng gəlir. O da istər-istəməz işini qoyub bu zənglərə cavab verməli olur. Lakin uşaqlar belə kiçik münaqişələr nəticəsində öyrənirlər ki, cəmiyyətdə özlərini necə aparmalıdırlar. Valideyn kimi bunu başa düşüb tərbiyəçiyə rahat şərait yaratmalıyıq ki, iş vaxtında uşaqlarla məşğul olsun".