DP çərçivəsində ilk dəfə mədəniyyət və incəsənət üzrə xaricdə təhsil imkanı yaradılıb
Dövlət Proqramı çərçivəsində ilk dəfə gənclərimizə mədəniyyət və incəsənət sahəsi üzrə xaricdə təhsil imkanı yaradılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2022-2028-ci illəri əhatə edən Dövlət Proqramının iştirakçısı seçilən Bakı Musiqi Akademiyasının tələbəsi Rzayev Ərol magistratura pilləsi ("Klassik violonçel" ixtisası), Bakı şəhəri 263 nömrəli tam orta məktəbinin şagirdi Sədizadə Cəmil bakalavriat pilləsi ("Musiqi" ixtisası) üzrə təhsillərini ABŞ-nin nüfuzlu universitetində ("Manhattan School of Music") davam etdirəcəklər.



