Əhliman Əmiraslanov: Elmi məktəblərə xüsusi diqqət ayrılmalıdır 

25 Fevral, 2026 - 12:46
Əhliman Əmiraslanov: Elmi məktəblərə xüsusi diqqət ayrılmalıdır 

“Hazırda elmi məktəb yaratmaq çətin prosesdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün AMEA-nın elmi təşkilatlarının və ali təhsil müəssisələrinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş Ümumi Yığıncaqda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səsləndirib.

O bildirib ki, elmi məktəbin formalaşdırılması mürəkkəb və uzunmüddətli prosesdir və bu reallıq tədqiqatçılara da yaxşı məlumdur. Akademik hesab edir ki, istər AMEA-da, istərsə də ETN-in tabeliyində fəaliyyət göstərən qurumlarda elmi məktəblərin inkişafına xüsusi diqqət ayrılmalıdır.

Ə.Əmiraslanov qeyd edib ki, bu istiqamətdə müəyyən narahatlıqları mövcuddur və elmi mühitin gücləndirilməsi üçün sistemli yanaşmaya ehtiyac var.

Komitə sədri eyni zamanda tibbi sahədə elmi tədqiqatların genişləndirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, yalnız psixoloji istiqamətdə deyil, ümumilikdə tibb elminin müxtəlif sahələrində fundamental və tətbiqi araşdırmaların aparılması məqsədəuyğundur.