Elektron jurnallar Bakının bütün məktəblərində istifadə edilir - Vüsal Xanlarov
“Hazırda elektron jurnallar Bakının bütün məktəblərində istifadə edilir, kağız jurnallar istifadə edilmir. Lakin onların effektivliyini yalnız tətbiq etdikcə qiymətləndirə bilirik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, elektron jurnal istifadəyə verildikdə müəllimlərin ondan istifadə imkanı olmalıdır: “Müəllim otaqlarını tam müasirləşdiririk ki, bu sistemlərdən səmərəli istifadə olunsun. Ancaq bu sistemləri tətbiq etməzdən əvvəl mövcud problemləri aradan qaldırmalıyıq”.
V.Xanlarov bütün regionlarda elektron jurnallardan könüllü istifadə olunduğunu da açıqlayıb.



