Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək

2 Noyabr, 2026 - 12:38
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Ağstafa, Qazax, Tovuz sakinləri iştirak edə bilərlər.  

Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.