Elm və təhsil naziri gürcüstanlı həmkarı ilə görüşüb
18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı iki ölkə arasında ümumi və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.


