Elm və Təhsil Nazirliyi ilə “Power China” şirkəti arasında strateji əməkdaşlıq müzakirə olunub

15 Aprel, 2026 - 10:40
Elm və Təhsil Nazirliyi ilə “Power China” şirkəti arasında strateji əməkdaşlıq müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayev "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə şirkətin Avrasiya üzrə vitse-prezidenti Tan Syaofen, eləcə də şirkətin Azərbaycan ofisinin rəhbər şəxsləri iştirak ediblər. 

Görüş çərçivəsində “Power China” tərəfindən potensial əməkdaşlıq istiqamətləri üzrə təqdimat keçirilib. Daha sonra tərəflər arasında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.