Elmi-tədqiqatla məşğul olanların sayı açıqlandı

19 Yanvar, 2026 - 17:17
Elmi-tədqiqatla məşğul olanların sayı açıqlandı

2026-cı ilin əvvəlinə olan məlumata görə, ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 130 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı məlumatda öz əksini tapıb.

İlkin məlumatlara əsasən, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 19,4 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,2 faizi tədqiqatçıdır. Bu mütəxəssislərin 38,2 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9,4 min elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.