Elmin maliyyələşməsi günün tələblərinə cavab vermir - Nazir

20 Fevral, 2025 - 12:27
Elmin maliyyələşməsi günün tələblərinə cavab vermir - Nazir
Elmin maliyyələşməsi günün tələblərinə cavab vermir - Nazir

“Elmin mövcud maliyyələşmə alətləri günün tələblərinə cavab vermir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib. 

Nazir bildirib ki, nəticəyönümlü maliyyələşmə hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir:

“Elmi fəaliyyətin nəticəsinə söykənən maliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisə və alimlərə verilməsi planlaşdırılır". 

O qeyd edib ki, Qarabağ Universitetində nəticəyə əsaslanan maliyyələşmə pilot layihə kimi tətbiq edilir. Bu sistem tezliklə ölkə üzrə bütün təhsil müəssislərində tətbiq edilməlidir.