Elnur Əliyev: Təhsildə keyfiyyətin artırılması istiqamətində ardıcıl addımlar atılır
“Təhsildə keyfiyyətin artırılması, müəllim hazırlığı sisteminin təkmilləşdirilməsi və kurikulumun inkişafı istiqamətində ardıcıl addımlar atılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün keçirilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev səsləndirib.
O qeyd edib ki, təhsildə keyfiyyətə təsir edən əsas amillər sistemli şəkildə təhlil olunur və bu istiqamətdə son illər ərzində Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlər, xüsusilə dərs prosesinin keyfiyyətinin artırılması sahəsində atılan addımlar mühüm rol oynayır: “Məqsəd müəllimin sinifdə tədris keyfiyyətini artırmaq, məktəb rəhbərliyini gücləndirmək və ümumi təhsil ekosistemini daha effektiv hala gətirməkdir”.



