Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

14 Mart, 2025 - 10:55
Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir
Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

“Müəllim olmaq asan deyil, xüsusilə ümumi təhsil müəssisəsində”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev dünən Xəzər TV-yə müsahibəsində səsləndirib.

O, jurnalistin “Nazir olmasaydınız, müəllim kimi fəaliyyət göstərərdinizmi?” sualına cavab verərkən bildirib ki, müəllimlik, qürurlu, lakin çətin peşədir. İlk növbədə, əsəblərini yaxşı cilovlaya bilən insanlar bu sahədə çalışmalıdır.

“Əsasən, ali təhsil müəssisələrində müəllimlik fəaliyyətim olub. Böyük məmnuniyyətlə müəllimlik fəaliyyəti ilə məşğul olmaq istərdim”, - deyə nazir əlavə edib.