Emin Əmrullayev: Təhsil, elm və tərəfdaşlıq yolu ilə birgə davamlı gələcək yarada bilərik
"Ali təhsil də iqlim dəyişikliyi ilə mübarizəyə nümunəvi rəhbərlik etməlidir. Universitetlərimizi qlobal davamlılıq standartlarına uyğunlaşdırmaqla, iqlimin dayanıqlığı üzrə lider olmağa hazırlaşırıq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” mövzusunda keçirilən birgə iclasda deyib.
O bildirib ki, sinif otaqlarından kənarda gənclərimizi lazım olan yaşıl bacarıqlarla təchiz edirik.
"Bu vizyonu dəstəkləyən bir təşəbbüs Sabah.city layihəsidir. Bura təhsil, tədqiqat və sənayenin davamlı həllər hazırlamaq üçün birləşdiyi bir mərkəzdir. Birlikdə təhsil, elm və tərəfdaşlıq yolu ilə, möhkəm, inklüziv və davamlı gələcək yarada bilərik".


