Ən yüksək nəticə göstərən müəllim: Sertifikatlaşdırma özünü təkmilləşdirmə üçün faydalıdır
Bu gün təhsilverənlərin sertifikatlaşdırılması imtahanında informatika və fizika fənni üzrə müəllimlərin imtahanı keçirilib.
“Azərbaycan müəllim” Naxçıvan Muxtar Respublikası üzrə fizika fənnindən ən yüksək nəticəni göstərən Babək rayon Naxışnərgiz kənd tam orta məktəbin müəllimi Zərri Hüseynova ilə söhbətləşib. O, imtahanda 58 bal toplayıb.
O, 8 ildir ki, bu məktəbdə işləyir. Deyir ki, bu uğuru əldə etdiyinə görə çox sevinclidir:
“İmtahana özüm hazırlaşmışam. İxtisasdan sualların 40 -ı çox asan, 10-u bir az düşündürücü idi, amma yazmaq mümkün idi. Sertifikatlaşdırma müəllimlərin özlərini təkmilləşdirməsi üçün çox faydalıdır. Bu imtahanlar həm maaşımızın artmasına, maddi rifahımızın yüksəlməsinə səbəb olur, həm də bilik cəhətdən insanı zənginləşdirir”.



