ETİHİ Respublika Komitəsinin növbəti görüşü Qarabağ regionunda olub

26 Dekabr, 2025 - 11:39
ETİHİ Respublika Komitəsinin növbəti görüşü Qarabağ regionunda olub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin növbəti görüşü Qarabağ regionunda keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, regional görüş çərçivəsində Cəbrayıl, Ağdam, Tərtər, Şuşa, Ağcabədi, Bərdə, Füzuli, Xocavənd və Laçın rayon komitələrinin nəzdində fəaliyyət göstərən ilk təşkilat sədrləri və rayon komitəsi rəhbərləri olmaqla 368 nəfər iştirak edib.

Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və komitənin məsul əməkdaşları iştirak edib.Regional toplantı zamanı ittifaq üzvləri ilə təşkilati fəaliyyətin gücləndirilməsi, təhsil işçilərinin sosial və əmək hüquqlarının müdafiəsi, həmrəylik prinsiplərinin möhkəmləndirilməsi və ilk təşkilatların inkişafı istiqamətində aktual məsələlər diqqətə çatdırılıb.

Görüş çərçivəsində ETİHİ Respublika Komitəsinin fəaliyyətinə dair təqdimatlar keçirlib, iştirakçıları maraqlandıran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi regional görüşləri bölgələr üzrə mərhələli şəkildə davam etdirir.