Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciəti olub
Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 170 vətəndaş müraciəti daxil olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 128-i sosial media, 12 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 037 müraciət qeydə alınıb.
Müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.



