ETN-ə vətəndaş müraciətlərinin sayı açıqlanıb

16 Mart, 2026 - 15:07
ETN-ə vətəndaş müraciətlərinin sayı açıqlanıb

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 16 991 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, müraciətlərin 2 396-sı elektron qaydada, 1 080-i yazılı formada, 10 879-u çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 2 636 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

Daxil olan müraciətlər əsasən şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, olimpiada və müsabiqələr, xarici diplomların tanınması və digər təhsil məsələləri ilə bağlı olub.