Fariz İsmayılzadə: Ali təhsil hazırda çox böyük bir dəyişiklik dövründədir

8 Oktyabr, 2024 - 17:12

Ali təhsil hazırda çox böyük bir dəyişiklik dövründədir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda millət vəkili Fariz İsmayılzadə çıxışı zamanı deyib.
O bildirib ki, texnologiyaların, əmək bazarında tələblərin dəyişməsi, yeni formatda təhsil rəqabəti ali təhsildə dəyişikliyə təsir edən faktorlardır.

“Təəssüf ki, bizdə ali təhsilin formatı ənənəvi formada qalıb. Biz gələcəkdə bu dəyişiklikləri uğurla həyata keçirmək istəyiriksə, ali təhsilin formatı dəyişməlidir. Bu istiqamətdə sürətli addımlar atmaq lazımdır. Mərkəzləşmiş formada ali təhsili idarə etdikdə bunun da öz neqativ təzahürləri olur”,- deyə o bildirib.