Fariz İsmayılzadə: Asiya universitetləri arasında iqlim dəyişikləri üzrə  əməkdaşlıq platforması yaradıla bilər

2 Dekabr, 2025 - 10:56
Fariz İsmayılzadə: Asiya universitetləri arasında iqlim dəyişikləri üzrə  əməkdaşlıq platforması yaradıla bilər

"Bakıda ADA Universitetində iki gün davam edəcək "Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu" adlı beynəlxalq konfrans çərçivəsində Asiya universitetləri arasında iqlim dəyişikləri üzrə əməkdaşlıq platforması yaradıla bilər".

"Azərbaycan müəllimi"xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə jurnalistlərə açıqlamasında məlumat verib.

Qeyd olunub ki, tədbirdə 42 ölkədən nümayəndə iştirak edir:

"Məqsəd Asiya univiersitetləri arasında iqlim dəyişikləri üzrə müəyyən əməkdaşlıq platformasının yaradılmasıdır. Burada yaşıl energetika, həm iqlim dəyişikləri, həm enerji keçidi, yaşıl energetikaya keçid mövzuları müzakirə olunacaq, Azərbaycanın təcrübəsi bölüşüləcək, Qarabağda aparılan işlər, o cümlədən yaşıl energetika, inkişafı layihələri müzakirə ediləcək. Müxtəlif ölkələrin universitetlərinin alimləri arasında fikir mübadiləsi və maarifləndirici layihələr müzakirə olunacaq".