Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının buraxılış vərəqələri verilir
6 mart tarixindən etibarən Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsində iştirak hüququ qazanan şagirdlər üçün buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər portal.edu.az saytına daxil olaraq buraxılış vərəqələrini yükləyə bilərlər.
Buraxılış vərəqəsi əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Rayon (şəhər) mərhələsi 15 mart 2026-cı ildə keçiriləcək. Bu mərhələdə şagirdlərdən 120 dəqiqə ərzində müvafiq istiqamətlər üzrə 25 qapalı tipli test tapşırığına cavab vermək tələb olunur.
Qeyd edək ki, müsabiqələrin təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.



