Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır
““Yüksəliş” müsabiqəsinin əsas məqsədi minlərlə gənc arasında dəyər yaratmaq iqtidarında olanları müəyyən edərək aşkara çıxarmaqdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva səsləndirib.
O bildirib ki, bu zaman ən vacib nüans fundamental, milli-mənəvi dəyərləri nəzərə almaqdır: “Milli-mənəvi dəyərlər toplumu xalqa çevirən, mədəniyyətimizi nəsildən-nəslə ötürən dəyərlərdir. Sizin “Yüksəliş”iniz Vətənin yüksəlişinin təməlidir”.



