Fərhad Hacıyev: Dövlətin elmi-intellektual müsabiqələrə diqqət göstərməsi təqdirəlayiqdir

4 İyul, 2025 - 15:31
Fərhad Hacıyev: Dövlətin elmi-intellektual müsabiqələrə diqqət göstərməsi təqdirəlayiqdir

““Yüksəliş” müsabiqəsi hər il ölkə başçısının sərəncamı ilə keçirilir. Bu müsabiqə dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmin göstəricisidir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu fikri V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi çərçivəsində keçirilən tədbirdə bildirib.

“Dövlətimizin elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il artıq müsabiqənin 5-ci dəfə keçirilməsi ilə yanaşı, zəfərimizin də 5-ci ildönümüdür. Zəfərin 5-ci ildönümü ilə bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə o vurğulayıb.

Nazir müavini əlavə edib ki, “Yüksəliş” müsabiqəsi gənclərin inkişafında və idarəetmə bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.

Fərhad Hacıyev: Dövlətin elmi-intellektual müsabiqələrə diqqət göstərməsi təqdirəlayiqdir
Fərhad Hacıyev: Dövlətin elmi-intellektual müsabiqələrə diqqət göstərməsi təqdirəlayiqdir