"FIRST Lego League Challenge" yarışı üzrə respublika turniri keçiriləcək
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə 10-16 yaşlı məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə respublika turniri keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, turnir 21-22 fevral tarixlərini əhatə edir.
Turnir Bakı Avropa liseyində baş tutacaq.
Qeydiyyat və ətraflı məlumat üçün: www.fll.steam.edu.az / +994 10 226 72 17
Son qeydiyyat tarixi – 10 fevral 2026-ci il



