Firudin Qurbanov: 197 gənc Türkiyədə DP çərçivəsində bakalavr və magistr təhsili alır 

16 Sentyabr, 2026 - 11:23
Firudin Qurbanov: 197 gənc Türkiyədə DP çərçivəsində bakalavr və magistr təhsili alır 

2007–2015-ci illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 327 gəncimiz Türkiyənin 20 aparıcı universitetində təhsil alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris ilinin başlanılmasına həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə,  hazırda 2022–2028-ci illəri əhatə edən xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilir. Bu proqram çərçivəsində 197 azərbaycanlı gənc Türkiyənin 11 aparıcı universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alır.