Fizika üzrə Nobel laureatının adı açıqlandı

6 Oktyabr, 2026 - 14:00
Fizika üzrə Nobel laureatının adı açıqlandı

Oktyabrın 6-da Nobel Mükafatları Komitəsi fizika üzrə 2026-cı ilin Nobel mükafatı laureatlarının adını açıqlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasının qərarına əsasən, 2026-cı il fizika üzrə Nobel mükafatına 
“IceCube Neytrino Rəsədxanasına verdiyi həlledici töhfələrə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə" ABŞ-nin Viskonsin-Medisson Universitetinin professor Fransis Halzen layiq görülüb.  

Komitənin açıqlamasında qeyd olunur ki, Fransis Halzen tamamilə yeni bir astronomiya növünün təməlini qoyub. Onun ideyası Cənub qütbündəki buzlaq buzlarından istifadə edərək neytrinos adlanan gizli hissəcikləri tutmaq idi. Nəticədə uzaq kosmosda yaranan neytrinosları izləyə bilən IceCube Neytrino Rəsədxanası yarandı. 

Fizika üzrə Nobel Komitəsinin sədri Mark Pirs deyir: “Frensis Halzen bizə fantastik bir alət təqdim edən beynəlxalq tədqiqatçı və mühəndislər komandasına rəhbərlik edib. Onun əzmkarlığı və elmi baxışı yeni bir növ astronomiyanın yolunu açıb”.

Francis Halzen, 1944-cü ildə Belçikanın Tienen şəhərində anadan olub. 1969-cu ildə Belçikanın Leuven Universitetində doktorluq dərəcəsi alıb. ABŞ-ın Viskonsin-Madison Universitetində professordur.

Oktyabrın 7-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 8-də bəlli olacaq. Oktyabrın 9-da sülh və nəhayət, oktyabrın 12-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq. 

Nobel Fondu 2026-cı ildə Nobel mükafatının məbləğinin hər mükafat kateqoriyası üçün artırılmasına qərar verib. Builki Nobel mükafatı laureatları hər bir sahə üzrə 12 milyon kron (1,21 milyon dollar) alacaqlar ki, bu da 2025-ci ildəki 11 milyon krondan çoxdur.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtında Alfred Nobelin vəfatı günündə keçiriləcək.