Məktəblimiz Latviyada bürünc medal qazanıb
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis üzrə idmançısı Tunar Bağırov Latviyada keçirilən “Riga City Council's Youth Cup 2026” beynəlxalq turnirində U19 kateqoriyası üzrə III yeri tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, 16 yaşlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatdır. Onun məşqçi-müəllimi Zakir Cavadovdur.




