“Gələcəkdə həkim də ola bilərəm” - Qızıl medallı gimnast
Məktəblilərin Respublika İdman Olimpiadasında bədii gimnastika üzrə yarışlar yekunlaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, qaliblərin mükafatlandırılmasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.
Qızıl medalı nazir müavinindən alan Banu Quluzadə 258 nömrəli məktəbin 7-ci sinif şagirdidir. Respublika İdman Kompleksinin yetirməsidir. 13 yaşlı qəhrəmanımız artıq 4 ildir gimnastika ilə məşğul olur: “Olimpiadada 4 alətlə çıxış etdim. Çıxışım özümü qane etdi”.
Aydan Nəbiyevanın yetirməsi gimnastikaya özü arzuladığı üçün gəlib. Olimpiya çempionu olmaq hədəfidir.




