Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib

16 Sentyabr, 2026 - 13:17
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib

Yeni tədris ilinin başlanğıcında şagirdlər, habelə müəllimlər Bilik Gününə həsr olunmuş intellektual yarışda iştirak ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “Kapital Bank” ASC-nin maliyyə dəstəyi ilə təşkil olunan “Fibonacci” intellektual yarışında ilk öncə şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

İdman Akademiyasında keçirilən və 30-a yaxın məktəbin iştirak etdiyi məktəblilərin yarışında şən, maraqlı və qızğın mübarizə nəticəsində Bakı Avropa Liseyinin komandası qalib gəlib. Humanitar Liseyin “Antey” komandası bu yarışda II, Texniki-Humanitar Liseyin “Formula X” komandası isə III yerləri tutub. Yarışdan sonra qaliblər və iştirakçılar öz təəssüratlarını bölüşüblər və oktyabrda başlayacaq VII məktəblilərarası “Fibonacci” yarışında mütləq iştirak edəcəklərini bildiriblər. Qeyd edək ki, seçmə mərhələsi onlayn formada təşkil olunan bu yarışda ölkəmizin bütün şəhər və rayonlarından, hətta ən ucqar kəndlərindən belə komandalar iştirak edə bilir.

Sözügedən oyundan dərhal sonra müəllimlərin yarışına start verilib. 39 şəhər məktəbinin iştirakı ilə keçirilən yarışda cəmi üç müəllimlə təmsil olunan 191 nömrəli məktəbin komandası III yeri tutaraq keyfiyyətin kəmiyyətdən nə qədər daha önəmli olduğunu əyani şəkildə nümayiş etdirib. 156 və 69 saylı nömrəli komandaları eyni xal toplasalar da, yarışın qalibi əlavə göstəricilərə görə 156 nömrəli məktəbin komandası olub. Hər iki yarışda qalib gələn komandalara sertifikatlar, medallar və kuboklar təqdim olunub, xatirə fotoları çəkilib. Müəllimlər arasında növbəti yarış oktyabrın əvvəlində keçiriləcək və “Müəllimlər günü”nə həsr olunacaq.

Elm və Təhsil Nazirliyi insan kapitalının formalaşmasında xüsusi yerə sahib olan intellektual yarışların keçirilməsini gələcəkdə də dəstəkləyəcək, məktəblilər və müəllimlər arasında oyunları təşkil etməyə davam edəcək.

Yarışda qalib gələn komandaları təbrik edir, digər komandalara isə növbəti oyunlarda uğurlar arzulayırıq.