Gələcəyin bacarıqlarına olan tələblər ona uyğun inkişaf tələb edir - Rektor

23 Aprel, 2026 - 12:33
Gələcəyin bacarıqlarına olan tələblər ona uyğun inkişaf tələb edir - Rektor

"Gələcəyin bacarıqlarına olan tələblər ali təhsil müəssisələrinin transformasiyasını labüd edir; bu isə həm təhsil proqramlarının, həm də universitetlərin bütövlükdə yeni mərhələyə keçidini şərtləndirir və ali təhsil müəssisələrindən gələcəyin peşə və bacarıq tələblərinə uyğun inkişaf etməyi tələb edir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü və Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans çərçivəsində “Elm və təhsildə yaşıl konsepsiyalar”adlı panel müzakirəsində səsləndirib.