Gələn ildən liseylərə qəbul imtahanları elektron qaydada keçirilə bilər
“Hədəflərimizdən biri də lisey və gimnaziyalara qəbul imtahanlarının artıq kağız daşıyıcılarda deyil, kompüter əsaslı şəkildə keçirilməsidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, lisey və gimnaziyalara qəbul zamanı sualların təkmilləşdirilməsi məsələsi birmənalıdır: “Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Həm Bakı şəhərində, həm də regionlarda kifayət qədər imtahan mərkəzlərimiz mövcuddur. Əgər texniki infrastruktur tam hazır olarsa və bütün zəruri şərait təmin edilərsə, mümkündür ki, növbəti il lisey və gimnaziyalara qəbul imtahanları kompüter əsaslı formatda keçirilsin”.


