Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər

28 Oktyabr, 2026 - 11:59
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun gənc alimləri Bakı şəhəri 244 nömrəli tam orta məktəbin şagirdləri üçün kimya üzrə master-klas keçiriblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir məktəbin direktoru Şəfa Qurbanovanın dəstəyi və məktəbin kimya müəllimi, kimya üzrə fəlsəfə doktoru Sevinc Qocayevanın təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova şagirdlərə institutun fəaliyyəti haqqında məlumat verib. O, kimya elminin əsasları, təcrübə və tədqiqatların əhəmiyyəti barədə danışaraq məktəbliləri bu sahəyə maraq göstərməyə təşviq edib.

Daha sonra institutun gənc alimləri və doktorantları Həcər Aslanova, Lalə Əliyeva, Lamiə Kazımzadə və Leyla Vahidzadə şagirdlərə müxtəlif kimyəvi təcrübələr nümayiş etdiriblər. Təcrübələr zamanı süni şimşək, alov, çəhrayı tüstü, vulkan, fil dişi və buqələmun effektləri təqdim olunub. Əyani nümayişlər şagirdlərə kimyəvi reaksiyaların xüsusiyyətlərini müşahidə etmək imkanı verib.

Tədbirin sonunda kimya üzrə fəlsəfə doktoru Gəray Əşirov şagirdlər arasında kimya fənni üzrə sual-cavab müsabiqəsi keçirib. Müsabiqədə fəallıq göstərən məktəblilərə kitablar hədiyyə olunub.